PSJ - "Bordo" matçından öncə stadionu partlatmaq istəyənlər olub

Fransada növbəti terror hadisəsinin qarşısı alınıb. 
 

Newsport.az-ın məlumatına görə, terrorçular bu dəfə “Park De Prens” stadionunu hədəfə alıblar.
Belə ki, Liqa 1-in VIII turu çərçivəsində baş tutan PSJ - “Bordo” (6:2) qarşılaşması zamanı terrorçular partlayış törətməyə çalışıblar. Bunun yerli sakinlərdən birinin diqqətini çəkməsi onların planlarını pozub. Dərhal hadisə yerinə gələn polis əməkdaşları içi benzinlə dolu dörd qaz balonu və üzərində telefon zəngi ilə işə salınmağa hazır olan bomba tapıblar. Hadisə ilə bağlı 5 şübhəli şəxs saxlanılıb.
Qeyd edək ki, PSJ – “Bordo” matçını 47 mindən çox azarkeş izləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right