Dembelenin "Barselona"dakı qazancı açıqlandı

Yay transfer pəncərəsində PSJ-yə keçən Neymarın yerini doldurmaq üçün alınan Osman Dembelenin “Barselona”dakı müqaviləsi mətbuata sızdırılıb.

Newsport.az-ın məlumatına görə, Dortmund “Borussiya”sından transfer edilən fransalı oyunçu sabiq klubundakından 5 dəfə artıq pul qazanır.

Almaniya təmsiliçisində illik 2.4 milyon avro qazanan Dembele, Kataloniyada 12 milyon avo qazanacaq.Əgər o cari mövsüm La Liqa, Kopa del Rey və Çempionlar Liqasında qalib olarsa, 3.3 milyon avro da bonus mükafat qazanacaq. 

Qeyd edək ki, hazırda zədəli olan futbolçu 4 aydan sonra sıraya dönəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right