"Qarabağ"ın rəqibinin futbolçusu: "Ronaldo əsl canavardı"

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi"nin futbolçusu Alvaro Morata maraqlı açılamalar verib.

Newsport.az-ın məlumatına görə, o Madrid "Real"ından ayrılması haqda danışıb. İspaniya millisinin üzvü özünü inkişaf etdirmək üçün bu qərarı verdiyini deyib:

"Zidan mənim "Real"da qalmağı istəyirdi. Mən də orada xoşbəxt idim. Amma ehtiyatda qala bilməzdim. Oynamağa və inkişaf etməyə ehtiyacımız var. Bəlkə də daha rahat ola bilərdim. Amma bunu istəmədim".

24 yaşlı forvard sabiq komanda yoldaşı Ronaldo haqda danışıb. O, portuqaliyalı futbolçunu canavara bənzədib:

 

"Əgər hər oyun başla qol vurmalı olsam, bu problem deyil. Ayağımla və ya başqa bir yerimlə qol atmağım o qədər də vacib deyil, əsas olan qoldu. Ronaldo başla vuruşlarda inanılmazdı. Topa çıxanda bütün gücünü görə bilərsiz. O əsl canavardı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right