Eratın komandası uğursuzluğa düçar oldu

Almaniya Kubokunda 2017/18 mövsümünün ilk raunduna yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu "Duysburq" da ilk matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Nürnberq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Bu məğlubiyyət "Duysburq"un Almaniya Kubokunu elə ilk raunddaca tərk etməsinə səbəb olub.

Erat da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right