Luçesku: "Millinin Ardaya, Ardanın da yığmaya ehtiyacı var"

Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku Arda Turan barədə açıqlama verib.

Newsport.az xəbər verir ki, o deyib ki, millidəki karyerasını başa vuran 30 yaşlı yarımmüdafiəçinin qərarını dəyişdirməsinə çalışacaq:

"Millinin Ardaya, Ardanın da yığmaya ehtiyacı var. Arda ilə görüşəcəm və ona zəng edəcəm. Ümid edirəm ki, Ardanı yığmaya qayıtmağa razı salacam".

Qeyd edək ki,  A. Turan Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır formada təhqir etdiyi üçün millinin düşərgəsindən kənarlaşdırılmışdı. Bundan sonra o, yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right