"Fənər"in futbolçusu rəsmən "Sevilya"da

Türkiyənin "Fənərbaxça" klubunun müdafiəçisi Simon Kyaerin İspaniya "Sevilya"sına keçidi tam rəsmiləşib.

Newsport.az -ın məlumatına görə bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Danimarka yığmasının futbolçusu ilə 4 illik müqavilə imzalanıb.

"Sevilya" bu transferə görə "Fənərbaxça"ya 12,5 milyon avro təzminat ödəyib.

Kyaer Super Liqa klubunda 2015-ci ildən çıxış edirdi. O, karyerası ərzində "Midtyullan", "Palermo", "Volfsburq", "Roma" və "Lill" klublarında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right