Millimizin üzvü üçün 500 min avro tələb edildi

Azərbaycan millisinin üzvü Dəniz Yılmaz "Bursaspor"dan ayrılan bilər.

Newsport.az-ın məlumatına görə, hücumçunun xidmətində Super Liqaya yeni vəsiqə qazanan "Yeni Malatyaspor" klubu maraqlıdır. Belə ki, hücumçu axtarışlarını davam etdirən debütant "Bursaspor"un iki hücumçusu Dəniz Yılmaz və Tomaş Netsidi gözaltı edib. Baş məşqçi Ərtuğrul Sağlamın istəyi ilə hər iki oyunçuya rəsmi təklif göndərilib. 

"Fanatik"in məlumatına görə, "yaşıl timsahlar" futbolçuları satmağın əleyhinə deyil. "Bursaspor" hər iki futbolçunun transfer qiymətinin 500 min avro olduğunu açıqlayıb. Lakin “Malatyaspor” tərəfi məbləğdə endirim edilməsinə çalışır.

Qeyd edək ki, Dəniz Yılmazın "Bursaspor"la müqaviləsi gələn ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right