UEFA-dan Xorvatiya klubuna cəza

UEFA Xorvatiyanın “Hayduk” komandasını cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, buna, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin iyulun 13-də baş tutmuş “Hayduk” - “Levski” (Bolqarıstan) oyununda meydan sahiblərinin azarkeşlərinin davranışı səbəb olub. Belə ki, Splitdə keçirilən və meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə nəticələnən oyunda xorvat azarkeşlər iğtişaş yaratmış, nəticədə 3 bolqar azarkeş xəsarət almışdı.

Bu komandalar arasında Sofiyada keçirilən cavab oyununda da qalib gələn (2:1) Xorvatiya təmsilçisi 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. Ancaq xorvatlar növbəti mərhələdə, Danimarka “Brondbü”sünə qarşı ev oyununu azarkeşsiz keçirməli olacaq. Belə ki, UEFA “Levski” ilə oyundakı xoşagəlməz hadisələrə görə “Hayduk”a bir oyun azarkeşsiz oynamaq cəzası verib. Xorvatlar əlavə olaraq, 50 min avro məbləğində cərimə də ödəməli olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right