"Çelsi" ilə müqavilə imzaladı, "Stok Siti"yə getdi

"Çelsi" fransalı müdafiəçisi Kurt Zuma ilə yeni müqavilə bağlayıb.
 

Newsport.az-ın məlumatına görə, tərəflər arasında 6 illik sözləşmə imzalanıb. London klubu 22 yaşlı futbolçu ilə müqavilə yeniləsə də, onu icarəyə göndərib. Belə ki, "zadəganlar" Zumanı "Stok Siti"yə göndərib. İcarə müddəti bir mövsümlük nəzərdə tutulub.
 
Qeyd edək ki, "Çelsi"yə 2014-cü ildə "Sent Etyen"dən transfer olunan Fransa yığmasının oyunçusu "zadəganlar"da 47 rəsmi oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right