Maradona yeni klubunda ilk məşqinə çıxdı

 

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçi vəzifəsinə təyin olunduğu "El-Fudjayre" klubunda işə başlayıb.

Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komanda onun rəhbərliyi altında ilk məşqə çıxıb.

Qeyd edək ki, D.Maradona may ayında Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan sözügedən klubla 1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Maradona son olaraq 2011-12 mövsümündə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” komandasını çalışdırmışdı.













Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right