Emin Mahmudovun oynadığı matçda "Boavişta" qalib gəldi

Portuqaliya çempionatının yeni mövsümünə hazırlaşan "Boavişta" yoxlama oyunu keçirib.
 

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun komandası Portuqaliyanın 2-ci liqa təmsilçisi "Nasional"la qarşılaşıb. Matç "Boavişta"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Millimizin üzvü də bu oyunun iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right