"Qarabağ"dan ayrılan futbolçu "Ərzurumspor"da oynamaq istəyir

Mövsüm başa çatdıqdan sonra "Qarabağ"ı tərk edən futbolçulardan biri də Halit Oğuzhan oldu. Gənc "çərçivə qoruyucu"su əsas heyətə düşə bilmədiyi üçün Ağdam klubunun sıralarını tərk etdi. 

Newsport.az saytının məlumatına görə, əlcək sahibi hələ də yeni klub tapa bilməyib. 

O, Türkiyə mətbuatına verdiyi açıqlamada "Ərzurumspor"da oynamaq istədiyini deyib: "Bu mövsüm I liqada mübarizə aparacaq "Ərzurumspor"u yaxından izləyirəm. 12 il Ərzurumda yaşamışam və bu şəhərin klubunun möhtəşəm azarkeşləri var. Ümid edirəm ki, bu klubun formasını geyinə biləcəyəm". 

Qeyd edək ki, Oğuzhan "Qarabağ"da əsas heyətə düşə bilmədiyi üçün klubun əvəzedici komandasında forma geyinirdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right