Messi: "Ronaldo əla futbolçudur"

"Barselona"nın hücumçusu Lionel Messi "Real" ın futbolçusu Kriştianu Ronaldonun onun haqqında sözlərinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, argentinalı ulduz da həmkarı barədə müsbət fikirlər səsləndirib: "Mən də həmişə ona hörmətlə yanaşmışam. Bizim rəqabətimizi mətbuat qarışdırır. Hər birimiz ən yaxşı olmağa çalışırıq. Onunla danışanda rəqabətə əhəmiyyət vermirəm. Ronaldo bir sıra müsbət keyfiyyətlərə malik olan əla futbolçudur. O, dünyada ən yaxşılardan biridir. Həm Ronaldo, həm də mən bir-birimizin oyunundan əlavə güc alırıq. Bizi üz-üzə qoymaq istəyənlərdən xəbərdarıq və bundan narahat deyilik”. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right