Torres karyerasını Meksikada davam etdirə bilər

Fernando Torres tezliklə “Atletiko”dan ayrıla bilər. 

Newsport.az-ın məlumatına görə, ispan forvard karyerasını Meksikada davam etdirməyə yaxındır. Torres bu ölkənin “Keretaro” klubunun maraq dairəsindədi. 

2 klub arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir. Transfer artıq bu həftə reallaşa bilər.
Təcrübəli hücumçu yeni klubu ilə 2 illik müqavilə imzalayacaq və onun illik maaşı 5 milyon dollar olacaq. 
Qeyd edək ki, Torreslə Meksikanın digər klubu “Krus Asul” da maraqlanır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right