"Çelsi"nin futbolçusu "Liverpul"un hədəfində

Antonio Kontenin gəlişindən sonra “Çelsi”də əsas yerini itirən Sesk Fabreqas yeni mövsüm Premyer Liqanın başqa klubunda çıxış edə bilər.

Newsport.az-ın məlumatına görə, bu mövsüm cəmi 10 oyunda ilk “11-lik”də forma geyinən Fabreqas yeni mövsüm “zadəganlar”da çıxış etmək istəmir. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə “Liverpul”, “Milan”, “İnter” və Çin klubları maraqlanır. “Liverpul”un baş məşqçisi Yurgen Klopp ispan yarımmüdafiəçinin transferini rəhbərlikdən tələb edib.

Sesk Fabreqas 2014-cü ildə “Barselona”dan “Çelsi”yə 33 milyon avroya transfer edilmişdi.

Fabreqas bu mövsüm 25 oyuna 4 qol vurub və 9 assist edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right