"Napoli" London klubunun 30 milyon avroluq təklifi qəbul etmədi

İngiltərə Premyer Liqasında çıxış edən “Vest Hem” “Napoli”nin hücumçusu Dris Mertensi transfer etmək üçün hərəkətə keçib.

Newsport.az-ın məlumatına görə, Londin klubu Belçika millisinin üzvü üçün "Napoli"yə 30 milyon avro təklif edib. Lakin neapollular "çəkicdöyənlər"in təklifini rədd edib.

İtaliya mətbuatında yer alan məlumata görə, Mertens "Napoli" ilə 2021-ci ilə qədər müqavilə imzalayacaq və onun illik qazancı 4,5 milyon avro olacaq.

Qeyd edək ki, Mertens 2013-cü ildən çıxış edir. 29 yaşlı forvard cari mövsümdə 42 oyun keçirib və 28 dəfə qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right