Modriçdən gələcəyi ilə bağlı vacib qərar

"Real"ın futbolçusu Luka Modriç gələcəyi ilə bağlı qərarını verib.

Newsport.az xəbər verir ki, Madrid təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatan xorvatiyalı yarımmüdafiəçi komandanı tərk etməyəcək. Bu barədə AS nəşri məlumat yayıb.

38 yaşlı orta xətt oyunçusu sözləşməsinin müddətini daha 1 il uzadacaq.

Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında "Tottenhem"dən transfer edib. Xorvatiya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right