Luis Suares hamını qabaqlayır

“İnter Mayami”nin hücumçusu Luis Suares komanda yoldaşı Lionel Messiyə digər futbolçulardan daha çox assist edib. Newsport.az xəbər verir ki, uruqvaylı forvard MLS çərçivəsində “Neşvill” ilə qarşılaşmanın 11-ci dəqiqəsində argentinalıya hesabı bərabərləşdirməyə köməklik göstərib.

Bu, Suaresin Messiyə 50-ci məhsuldar ötürməsidi. İndiyə qədər heç bir oyunçu karyerası ərzində Messiyə bu qədər assist etməmişdi. Hücumçular “İnter Mayami”yə qədər “Barselona”da da birgə çıxış ediblər.

Qeyd edək ki, “İnter Mayami” rəqibini 3:1 hesabı ilə məğlub edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right