14-cü zəfər

“Feyenord” Niderland Kubokunun finalında “Neymegen” üzərində 1:0 hesablı qələbə qazanıb. Newsport.az xəbər verir ki, görüşdə yeganə qolu 59-cu dəqiqədə hücumçu İqor Payşao vurub.

Bu, “Feyenord”un tarixində 14-cü ölkə kuboku titulu olub. Adıçəkilən komanda bu sayda yalnız “Ayaks”dan geri qalır. Amsterdamlılar 20 dəfə Niderland Kubokuna yiyələnib.
 
Qeyd edək ki, “Feyenord” Niderland çempionatında 30 turdan sonra 72 xalla ikinci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right