“Milan” Pioliyə əvəzedici tapıb

“Milan” mövsüm bitən kimi Stefano Pioli ilə yolları ayıracaq. İtaliya klubunun rəhbərliyiqərarını verib və yeni baş məşqçi axtarışına başlayıb.

Newsport.az xəbər verir ki, 2019-cu ildən “rossonyerlər”ə rəhbərlik edən mütəxəssisin daha bir illik müqaviləsi var. Amma komandanın çempionluq yarışından erkən kənar qalması, üstəlik avrokubokda mübarizəni dayandırması ona olan inamı bitirib.

Artıq A Seriyası təmsilçisini çalışdırması mümkün olan məşqçilərin ilkin siyahısı da bəllidir. Çoxsaylı mütəxəssislərdən Paulo Fonseka hazırda “Lill”i çalışdırır. Onun Fransa klubu ilə yayda bitən anlaşmanı yeniləməməsi daha iddialı kluba keçmək istəməsi ilə bağlıdır. “Portu”, “Braqa”, “Şaxtyor” kimi klublarda işləmiş 51 yaşlı portuqaliyalı iddialı klub arzusundadır.

“Milan”ın əsas hədəfi isə Xulen Lopeteqidir. İspaniya millisi ilə yanaşı, “Portu”, “Real”, “Sevilya” kimi klublarda işləmiş ispan çalışdırıcı 2023-cü ilin avqustundan işsizdir. O, cari mövsümün startı ərəfəsində rəhbərliklə anlaşmazlıq üzündən “Vulverhempton”u tərk etmişdi.

Mümkün istefası barədə Pioli də danışıb: “Heç nə bəlli deyil. Mövsüm bitdikdən sonra hər şeyi müzakirə edəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right