“Barselona” onu itirdi

“Barselona” aparıcı futbolçusu Frenki de Yonqu itirib. Newsport.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi La Liqanın XXXII turunda “Real”la səfər oyununda zədələnib.
 
Qarşılaşmanın birinci hissəsində ayağından xəsarət alan 26 yaşlı orta sahə oyunçusu mübarizəni davam etdirə bilməyib. Nəticədə əvəzlənən de Yonq həkim müdaxiləsindən sonra meydançanı xərəkdə tərk edib. Onun zədəsinin durumuna MRT müayinədən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, “Santiaqo Bernabeu”da baş tutan “El Klasiko” 1:1 hesabı ilə yekunlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right