Sərtan oynadı, komandası səfərdə qalib gəldi

Futbol üzrə Türkiyə I Liqasında 31-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi "Manisa" səfərdə "Altay"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sərtan Taşkın da bu görüşün iştirakçısı olub. 27 yaşlı sağ cinah müdafiəçisi matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.

31 turdan sonra 36 xal toplayan "Manisa" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right