Klopp məğlubiyyətin səbəbini açıqladı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın Avropa Liqasının yarımfinalına çıxa bilməməsinin səbəbini açıqlayıb.

Newsport.az xəbər verir ki, mersisaydlılar ötən gecə 1/4 finalda "Atalanta"ya qalib gəlsələr də (1:0), ilk görüşdə 0:3 hesabı ilə uduzduqları üçün yarışda mübarizəni dayandırıblar.

Klopp isə bunun səbəbini belə izah edib: “Avropa Liqasının yarımfinala çıxmamağımızın səbəbi nədir? Bizim yüksək səviyyəli oyunçularımızda keyfiyyət çatışmırdı. Trent Aleksander-Arnold daha yaxşı durumda olsaydı, daha yüksək səviyyədə oynaya bilərdik. O, dəlidir. Çünki zədəsini sağaldandan dərhal sonra belə oynadı. Sonda isə Aleksander-Arnoldun enerjisi bitdi. Bizə onun xüsusi bacarıqları lazım idi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right