Yığmamıza cəlb edilmiş müdafiəçi özünə yeni komanda tapdı

Azərbaycanın U-19 yığmasına dəvət edilmiş, amma sənəd məsələlərinə görə millimizdə rəsmi debüt edə bilməyən Raul Hacıyev Gürcüstanda özünə yeni komanda tapıb.

Newsport.az-ın məlumatına görə, əslən azərbaycanlı olan müdafiəçinin "Lokomotiv"ə keçidi gündəmdə olsa da, sonda "Spaeri" ilə anlaşıb.

"Rustavi"nin yetirməsi Gürcüstan ikinci liqasında mübarizə aparan klubla qısamüddətli müqavilə imzalayıb.

Həmyerlimiz yayda ölkə xaricinə yollanacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right