Federasiya azarkeşlərin davranış qaydalarına baxacaq

Səudiyyə Ərəbistanı Futbol Federasiyası azarkeşlərin davranış qaydalarını nəzərdən keçirmək qərarına gəlib. Newsport.az xəbər verir ki, buna səbəb ölkə Superkubokunun finalında keçirilən “Əl İttihad” - “Əl Hilal” (1:4) görüşündən sonra qonaq azarkeşin rəqib hücumçu Abderrazaq Hamdallahı qamçı ilə vurması olub.

Federasiya hadisə ilə bağlı bəyanat yayıb. Qurum həmin fanatı qınadığını vurğulayıb: “Səudiyyə Ərəbistanında futbol ailə oyunudu. Xoşbəxtlikdən azarkeşlər arasında iğtişaşlar olduqca nadirdi. Ona görə də həmin azarkeşin hərəkətləri ölkə futbolunun müdafiə etdiyi hər şeyə ziddi və biz bu hadisəni tamamilə pisləyirik”.

Əlavə edilib ki, bənzər hadisənin baş verməməsi üçün tədbirlər görüləcək: “Tamaşaçı qaydalarına hərtərəfli yenidən baxılacaq. Baxış zamanı bu cür hadisələrin qarşısının alınmasına təsir göstərə biləcək müvafiq cəzaların sürətli və effektiv tətbiqini təmin etmək üçün yenilənmiş qaydalar tətbiq olunacaq”.

Qeyd edək ki, “Əl İttihad” - “Əl Hilal” matçının ardından Abderrazaq Hamdallah tribunadakı azarkeşə yaxınlaşaraq ona su atıb, fanat isə qarşılığını qamçı zərbəsi ilə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right