Silva: “Real” məğlubiyyətin revanşını almaq istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la keçiriləcək oyunu dəyərləndirib. Newsport.az xəbər verir ki, portuqaliyalı futbolçu ötən mövsümün yarımfinalında İspaniya nəhəngini üstələdiklərini xatırladıb.

O, xüsusən də, 4:0 hesabı ilə qalib gəldikləri matçdan bəhs edib: “Düzünü desəm, həmin matça bir daha baxmadım. Məndə olan yeganə şey meydanda hər şeyi düzgün etdiyimizi hiss edirəm. Futbolda heç vaxt eyni oyun iki dəfə olmur. Yəqin ki, “Real” bu məğlubiyyətin revanşını almaq istəyir”.

Qeyd edək ki, bu gün “Etihad” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüş 3:3 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right