Nasser Əl-Xelaifi : "Barselona" ilə oyunda 13 ildir görmədiyimi gördüm"

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona"ya 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldiyi cavab oyununu şərh edib.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, növbəti mərhələyə vəsiqə qazanmaqlarının klub üçün əla an olduğunu vurğulayıb: "Burada qalib gəlmək asan deyil, amma buna əmin idim. İlk, bugünkü oyundan əvvəl və hətta ilk qoldan sonra da eyni fikirdə idim. 13 ildir görmədiyim bir şeyi gördüm: bütün komanda bir yerdədir, hamı bir-biri üçün mübarizə aparır”.

Əl-Xelaifi daha sonra vurğulayıb: "PSJ TOP klubdur. Biz mümkün qədər irəli getmək üçün buradayıq. Əla oyun keçirdik. Bizi çox tənqid etdilər, amma biz yarımfinaldayıq. Eyni ruhda davam etmək istəyirik. Sakit qalmaq lazımdır. Çempionlar Liqası çox mürəkkəbdir, bütün detallar önəmlidir.

Luis Enrike? Matçdan əvvəl onunla danışdım. Ona dedim ki, mən bizim davam etməyimizi istəyirəm. Mən ona arxayınam. Azarkeşlərə də təşəkkür edirəm, çünki özümüzü evdə hiss etdik.

Çempionlar Liqasının yarımfinal mərhələsi çətin keçir. Biz yaxşı hazırlaşmaq istəyirik. Məşqçi Dortmund "Borussiya"sını yaxşı tanıyır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right