Məhkəmə "Barselona"ya qadağa qoydu

İspaniya məhkəməsi "Barselona"nın "Nike" ilə əməkdaşlığı birtərəfli ləğv etmək istəyi ilə bağlı qərarını verib.

Newsport.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. 

Amerikanın “Nike” brendinin müraciətindən sonra məhkəmə “Barselona”nın müqaviləni birtərəfli qaydada ləğv etməsinə qadağa qoyub. Müqavilə işin yekun həllinə qədər qüvvədə qalır və "Nike" 2028-ci ilə qədər illik 120 milyon avroya "Barselona" ilə işləməyə davam edəcək. Bəzi maddələrlə görə, bu rəqəm azala bilər. 

Qeyd edək ki, daha əvvəl "Barselona" "Nike" ilə müqaviləni ləğv etmək istəyirdi. Lakin şirkət Kataloniya klubunu məhkəməyə vermişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right