"Yuventus"dan imtina etdi, Braziliyalı klubuna keçdi

"Latsio"nun futbolçusu Felipe Anderson mövsümün sonunda "Latsio"dan ayrılacağını açıqlayıb.

Newsport.az xəbər verir ki, 31 yaşlı vinger Roma klubu ilə müqaviləsini uzatmayıb. Artıq onun yeni klubu da məlumdur.

Braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Təcrübəli ön xətt oyunçusu "Palmeyras"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliya millisinin sabiq üzvü yayda yeni komandasına qoşulacaq.

Felipe Andersonu "Yuventus" da transfer etmək istəyirdi. Lakin futbolçu Turin təmsilçisinin 3 illik müqavilə təklifini qəbul etməyib.

Qeyd edək ki, "Latsio" Felipe Andersonu 2021-ci ilin yayında "Vest Hem"dən transfer edib. "Sambaçı" bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right