"Beşiktaş"da ciddi itkilər

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itkilər baş verib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin iki futbolçusu zədəlidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı Mert Günokla hücumçu Semih Kılıçsoyun əzələ zədəsi var. Hər iki oyunçu Super Liqanın 33-cü turunun "Ankaragücü" ilə matçında iştirak etməyəcək.

Qeyd edək ki, "Ankaragücü" - "Beşiktaş" qarşılaşması 19 aprel tarixində, Bakı vaxtilə saat 21:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right