Premyer Liqada çempionluq şansları

“Opta” statistika şirkəti İngiltərə Premyer Liqasında komandaların çempionluq şansını araşdırıb. Newsport.az xəbər verir ki, şirkət “Mançester Siti”ni artıq favorit hesab edir.

XXXIII turda “Lyuton”u məğlub edən (5:1) “şəhərlilər” liderliyi ələ keçiriblər. “Arsenal”ın evdə “Aston Villa”ya (0:2), “Liverpul”un isə “Kristal Pelas”a (0:1) uduzması ilə Pep Qvardiolanın yetirmələri 2 xal önə keçib.

Araşdırmaya əsasən “Mançester Siti”nin bu mövsüm çempionluq şansı 70 faizdi. “Arsenal”ın qızıl medal qazanmaq ehtimalı 18%, “Liverpul”un isə 12% təşkil edir.

Qeyd edək ki, Premyer Liqada mövsümün sonuna 5 tur qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right