"Liverpul" 30 milyon funt-sterlinqlik transferə hazırlaşır

"Liverpul" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İngiltərə klubu "Sportinq"də çıxış edən Markus Edvardı transfer etməyə hazırlaşır. Bu barədə "Football Insider" məlumat yayıb.

"Liverpul" ingiltərəli vinger üçün Lissabon klubuna 30 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, "Sportinq" Markus Edvardı 2022-ci ilin yanvar ayında "Vitoria Gimaraeş"dən transfer edib. 25 yaşlı ön xətt oyunçusu bu mövsüm Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right