“Mançester Yunayted” zərbə altında

“Mançester Yunayted”in problemlərini statistika açıq şəkildə göstərir. İngiltərə nəhəngi hətta autsayderlərin özünə rəva görmədiyi seriya ilə üz-üzədir.

Newsport.az xəbər verir ki, mankunianlar ardıcıl 6 matçdır rəqiblərinin onun qapısına 20-dən çox zərbə endirməsinə (orta hesabla hər oyuna 26) icazə verir. Bu isə yüksək yerləri hədəfləyən komanda üçün bağışlanmaz statistikadır.

Belə rəqəmlərn siyahıya alındığı 2003/2004 mövsümündən bəri yalnız “Blekpul” rəqibləri üçün belə səxavətli olub. Sözügedən komanda 2010/11-ci illər mövsümündə 8 dəfə qapısının bu şəkildə hədəfə düşməsinə imkan vermişdi.

Son turda “Bornmut” “qırmızı şeytanlar”ın 8 zərbəsinə 20 zərbə ilə cavab verməklə seriyanın davam etməsinə şərait yaradıb. Ümumiyyətlə, cari mövsümdə “Mançester Yunayted”in qapısına 565 zərbə endirilib ki, bu statistika hətta autsayderlərdə də yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right