Mourinyo Premyer Liqaya qayıdır

Joze Mourinyo yenidən İngiltərə çempionatında fəaliyyət göstərə bilər. Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Premyer Liqa klubu “Vest Hem”in maraq dairəsindədi.

London təmsilçisi hazırkı baş məşqçisi David Moyeslə mövsümün sonunda müqavilə başa çatdıqdan sonra yollarını ayırmağı düşünür. İngilislər Mourinyoya artıq ilkin təklif də ediblər.

Qeyd edək ki, portuqaliyalının son klubu bu ilin yanvarında tərk etdiyi “Roma” olub. Mourinyo daha əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya” və “Benfika”nı da çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right