"Bayer" tarixində ilk dəfə Almaniya çempionu oldu

Bu gün Almaniya Bundesliqasında mövsümün qalibi müəyyyənləşib.

Newsport.az xəbər verir ki, "Bayer" sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

 

 

Xabi Alonsonun komandası 29-cu turda "Verder"i qəbul edib. Leverkuzen təmsilçisi rəqibini 5 cavabsız qolla üstələyib. "Bayer" sona 5 tur qalmış xallarının sayını 79-a çatdırıb və 2-ci yerdəki "Bavariya"nı 16 xal qabaqlayıb. Nəticədə komanda tarixində ilk dəfə Almaniya çempionu olub.

Həmçinin "Bayer" məğlubiyyətsiz oyunlar seriyasını 43-ə (bütün turnirlərdə) çatdırıb. Eyni zamanda "Bayer" Bundesliqada ardıcıl 10 matçda qalib gəlib. 

"Bayer" - "Verder" - 5:0

Qollar: Bonifase, 25-pen; Caka, 60, Virtz, 68, 83, 90





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right