Messinin komandası Çempionlar Kubokunda mübarizəni dayandırdı

KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi "İnter Mayami" səfərdə "Monterrey"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İki görüşün nəticəsinə görə 5:2 hesablı üstünlük əldə edən Meksika təmsilçisi yarımfinala yüksəlib. "İnter Mayami" isə turnirdə mübarizəni dayandırıb.

Lionel Messi bu matçda 90 dəqiqə meydanda olub. Argentinalı hücumçu komandasının yeganə qolunu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right