“İndi “Mançester Siti”ni çiyinlərində daşıyan Fodendir” Anri

“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “Mançester Siti”nin futbolçusu Fil Fodenin İngiltərə klubunun çıxışına təsiri barədə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, ingilis futbolçunun dünya səviyyəli oyunçu olduğunu bildirib:

“Erlinq Halandın formasını və Kevin De Bruynenin zədələrini nəzərə alsaq, indi “Mançester Siti”ni çiyinlərində daşıyan Fodendir. O, dünya səviyyəli futbolçudur”.

“Mançester Siti” aprelin 9-da Çempionlar Liqasının 1/4 fınalının ilk oyununda “Real”la qarşılaşıb (3:3). Oyunda qollardan birini Foden vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right