Premyer Liqa nəhəngləri ukraynalı futbolçunu transfer etmək istəyir

"Şaxtyor"un futbolçusu Giorgi Sudakov karyerasını İngiltərə Premyer Liqasında davam etdirir.

Newsport.az-ın məlumatına görə, Premyer Liqada çempionluq uğrunda mübarizə aparan klublar ukraynalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Siti", "Liverpul" və "Arsenal"ın 21 yaşlı vingeri heyətinə qatmaq üçün yarışdığı bildirilir.

Qeyd edək ki, Giorgi Sudakov "Şaxtyor"un yetirməsidir. Ulrayna millisinin üzvü bu mövsüm Donetsk təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin sonuna kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right