PSJ-nin hədəfi: Gürcü futbolçu

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya komandasını dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, Fransanın PSJ klubu futbolçunun xidmətində maraqlıdır.

Parislilər Kilian Mbappenin gedişindən sonra hücumu gürcü futbolçuyla gücləndirmək istəyirlər.

Neapollular Xviçanı komandanın ən vacib oyunçularından biri hesab edirlər, lakin onu 100 milyon avroya satmağa hazırdırlar.

Kvaratsxeliya bu mövsüm İtaliya çempionatında 28 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onunla “Napoli” arasında müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right