"Qalatasaray" "Napoli"nin futbolçusunu transfer etmək istəyir

"Qalatasaray" yeni mövsüm üçün transfer fəaliyyətinə indidən start verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi yarımmüdafiə xəttində dəyişikliklər etməyi planlaşdırır. "Sarı-qırmızılar" Tanquy Ndonbele və Serjio Oliveyra ilə yollarını ayıraaq.

"Qalatasaray" bu mövqeyə "Napoli" də çıxış edən Yens Kayusteni transfer etmək istəyir. Məlumatı İtaliya mətbuatı yayıb. Türkiyə klubu 24 yaşlı yarımmüdafiəçi üçün Neapol təmsilçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Napoli" Yens Kayusteni mövsümün əvvəlində "Reyms"dən 12 milyon avroya transfer edib. ABŞ əsilli isveçli futbolçu İtaliya klubunun heyətində meydana çıxdığı 29 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Kayuste İsveç millisinin üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right