Alleqri gedir, Motta gəlir

"Yuventus" rəhbərliyi hazırkı baş məşqçisi Massimiliano Alleqrini istefaya göndərməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. Klub artıq mütəxəssisin əvəzləyicisini də tapıb.

Turin təmsilçisi bu vəzifədə “Bolonya”nı çalışdıran Tiaqo Mottanı görmək istəyir. Artıq klub rəhbərliyi təyinatla bağlı qərarını verib.

Qeyd edək ki, “Yuventus” hazırda İtaliya çempionatının turnir cədvəlində 62 xalla 3-cü pillədə qərarlaşır. Komanda lider “İnter”dən 20 xal geri qalır. İkinci yerdəki "Milan"ın 68 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right