"Mourinyo artıq məşqçilik edə bilmir"

İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano “Roma”nın sabiq baş məşqçisi Joze Mourinyonu tənqid edib.

Newsport.az xəbər verir ki, o, "La Domenica Sportiva"ya açıqlamasında deyib:

“Mourinyo baş məşqçi kimi fəaliyyətini tamamlayıb. O, artıq məşqçilik edə bilmir. Oyunlarına baxanda görürsən ki, 10 il əvvəl etdiklərini təkrarlayır". 

Qeyd edək ki, 61 yaşlı Mourinyonun son klubu "Roma" olub. Portuqaliyalı mütəxəssis 2024-cü ilin yanvarında komandadan ayrılıb. O, "Roma"ya qədər "Benfika", "Portu", "Çelsi", "İnter", "Real", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right