"Çelsi" ukraynalı hücumçunu transfer etmək istəyir

"Jirona"nın hücumçusu Artem Dobvik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, ukraynalı forvardın xidmətində "Çelsi" maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

London təmsilçisi 26 yaşlı futbolçu üçün yayda La Liqa klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Jirona" Artem Dobviki 2023-cü ilin yayında "Dnepr-1"dən transfer edib. Ukrayna millisinin üzvü ispaniya təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right