Dani Alveş üçün 1 milyon avronu bunun qarşılığında ödəyiblər

"Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşin həbsdən çıxması üçün 1 milyon avro təzminatı Braziliyanın məşhur bir jurnalı verib.

Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Nəşrin adı açıqlanmasa da, onun mühüm şəxsiyyətlər haqqında mükəmməl reportajları ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanındığı qeyd olunub.

Bildirilir ki, 1 milyon avro Dani Alveşin həyatı ilə bağlı eksklüziv müsahibəsi müqabilində verilib. Danışıqlar, keçmiş braziliyalı futbolçunun hekayəsini işıqlandıracaq sənədli video formatında müsahibənin aparılmasını əhatə edir.

Əvvəllər futbolçu üçün pulu “Atletiko”nun hücumçusu Memfis Depayın ödədiyi haqda xəbərlər yayılmışdı, lakin onun meneceri bu şayiələri təkzib edib.

Xatırladaq ki, Alveş Barselonadakı "Sutton" gecə klubunda qıza təcavüz etməkdə ittiham olunurdu. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra braziliyalı müdafiəçi 4,5 il həbs cəzasına məhkum edilib və həmçinin mənəvi təzminat olaraq zərərçəkənə 150 ​​min avro ödəməyə məhkum edilib. Ötən həftənin bazar ertəsi günü isə Dani Alveş 1 milyon avro qarşılığında zaminə buraxılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right