"Liverpul" 19 yaşlı müdafiəçi üçün 120 milyon avro ödəməyə hazırdı

"Benfika"nın futbolçusu Joao Neves karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi"dən sonra "Liverpul" da 19 yaşlı yarımmüdafiəçini transfer etmək üçün yarışa qoşulub. Bu barədə "O Jogo" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi gənc oyunçunun müqaviləsində yer alan 120 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Joao Neves "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right