"Real" 27 il sonra rekordu təkrarladı

İspaniya La Liqasının 30-cu turunda "Atletiko" ilə oyun "Real" üçün əlamətdar olub.

Newsport.az "Opta"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib. Bununla da komanda 27 il sonra rekordunu təkrarlayıb.

Karlo Ançelottinin komandası ardıcıl La Liqada 24 oyundur (18 qələbə, 6 heç-heçə) uduzmur. "Real" sonuncu dəfə 1996/1997 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında belə nəticə qazanıb (6 qələbə, 8 heç-heçə).

Qeyd edək ki, "Real" hazırda 75 xalla La Liqada liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right