Ançelotti Kapellonun nəticəsini təkrarladı

“Real” klubu 27 ildən sonra öz rekordunu təkrarlayıb. Madrid təmsilçisi buna La Liqanın XXX turunda “Atletik”i 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv ardıcıl 24 oyundur (18 qələbə, 6 heç-heçə) çempionatda uduzmur. “Kral klubu” sonuncu dəfə 1996/1997 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında belə nəticə qazanıb. Komanda həmin vaxt 16 qələbə, 8 heç-heçə əldə edib.

Qeyd edək ki, “Real” hazırda 75 xalla La Liqada liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right