"Liverpul" bu məşqçi üçün 15 milyon avro ödəməyə hazırdı

"Liverpul" Yürgen Kloppdan sonrakı dövr üçün baş məşqçi axtarışlarını davam etdirir.

Newsport.az xəbər verir ki, İngiltərə klubunun əsas hədəfi hazırda "Sportinq"i çalışdıran Ruben Amorimdir. Bu barədə "Times" nəşri məlumat yayıb.

"Liverpul" 39 yaşlı məşqçi üçün Lissabon təmsilçisinə 15 milyon avro təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, Mersisayd təmsilçisinin baş məşqçisi Yürgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right