"Qalatasaray"ın ulduzu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, ulduz futbolçunun xidmətində çempionatın lideri olan "Əl-Hilal" maraqlıdır. Bu barədə ərəb mediası məlumat yayıb.

"Əl-Hilal"ın baş məşqçisi Jorje Jesus argentinalı forvardı komandasında görmək istəyir. İstanbul təmsilçisi futbolçusunu 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 38 rəsmi matçda 23 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right