Vinisius La Liqada ən yaxşı seçildi

İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az xəbər verir ki, "Real"ın hücumçusu Vinisius Junior ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu bu mövsüm ilk dəfə mükafatı qazanır. Vinisius səsvermədə "Atletik"dən Qorka Quruzeta, "Real Sosyedad"dan Brais Mendes, "Vilyarreal"dan Aleksander Şörlot və "Barselona"dan Robert Levandovskini qabaqlayıb.

Qeyd edək ki, Vinisius Junior mart ayında la liqada meydana çıxdığı 3 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right